Rusiyanın Ermənistandakı bazasında 1500 hərbçi dəyişdiriləcək

22:47 | 25.10.2017
Rusiyanın Ermənistandakı bazasında 1500 hərbçi dəyişdiriləcək

Rusiyanın Ermənistandakı bazasında 1500 hərbçi dəyişdiriləcək

Rusiyanın Ermənistandakı bazasında hərbçilərin ilk partiyası Cənub Hərbi Dairəsinin (CHD) hərbçiləri ilə əvəz edilib.

Anews.az bu barədə CHD-yə istinadən xəbər verir.

"Dekabrın əvvəlinə qədər təqribən 1,5 min əsgər və çavuşun əvəz edilməsi planlaşdırılır. Hərbçilər Ermənistanın Gümrü şəhərindən Moskva, Sankt-Peterburq, Rostov, Krasnodar, Mineral Sular, Samara, Yekaterinburq, Novosibirsk və Xabarovsk şəhərlərinin iri beynəlxalq hava limanlarının əsas marşrutları üzrə uçan mülki aviasiya təyyarələri ilə yola salınacaq", - məlumatda deyilir.

Qeyd olunur ki, Ermənistanın hərbi bazasına mübadilə üzrə gələn hərbçilərin 50%-dən çoxu hazırlıqlı mütəxəssislərdir. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM