“Rusiyanın ən böyük problemi rusların iy verən mentalitetidir”

10:43 | 28.10.2014
“Rusiyanın ən böyük problemi rusların iy verən mentalitetidir”

“Rusiyanın ən böyük problemi rusların iy verən mentalitetidir”

“Rusiyanın ən böyük problemi rusların köhnələn, XVII əsrdən bəri dəyişməyən mentalitetidir”.
Tanınmış rus yazıçısı Viktor Yerofeyev bunu “Newsweek”ə müsahibəsində deyib.
Dərgi yazır ki, Yerofeyev rusların daim fövqəldövlət statusuna can atması, keçmişlə yaşamaları, xarici bazarlara yalnız vodka çıxara bilmələri ilə məzələnir.
“Mən Rusiyanı olduğu kimi təsvir edirəm. Mənim su içdiyim quyuya tüpürdüyümü deyənlər isə anlamırlar ki, mən bu yolla Rusiyanı müalicə etməyə çalışıram” - deyib yazıçı.
Yerofeyev düşünür ki, Rusiyada vəziyyəti düzəltmək üçün çox iş görmək lazımdır: “Ən yaxşısı isə odur ki, iy verməsin deyə Rusiyanı dondurasan”.
“Bəs Rusiyada ən çox iy verən nədir” – sualının cavabında isə yazıçı deyib ki, bu, rusların mentalitetidir: “Qərb təkrar-təkrar deyə bilər ki, Rusiyanı öz işğalı altında hakimiyyətdəkilər saxlayır. Amma əslində ölkəni işğal edən elə rus xalqıdır - öz mentaliteti ilə”.
Köhnənin dissidenti olsa da, hazırkı hakimiyyətlə problemləri olsa da Yerofeyev mühacirətə getməyib. Yazıçı deyir ki, ölkəni uzaqdan anlamaq mümkün deyil. Əgər o, Rusiya haqda yazırsa, müşahidələrini də orada aparmalıdır ("Azadlıq" radiosu).
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM