Rusiyanın xarici işlər nazirindən Şok açıqlamalar

10:39 | 13.09.2014
Rusiyanın xarici işlər nazirindən Şok açıqlamalar

Rusiyanın xarici işlər nazirindən Şok açıqlamalar

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropanın Rusiyaya yeni sanksiyalar tətbiq etməsinə münasibət bildirib. 

ANN.Az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Sergey Lavrov "ORT" kanalına açıqlamasında deyib ki, Avropa orkestrində dirijorluq edən qüvvələr bunu artıq birdəfəlik anlamalıdırlar: Dünya artıq birqütblü olmayacaq. Lavrov həmçinin təəssüf edib ki, xarici əməkdaşları dostluq əlaqələrini qırmağa təhrik edirlər. 

"Müxtəlif beynəlxalq forumlarda Rusiyaya sanksiyalar tətbiq edən bəzi xarici ölkələrin nazirləri məni qırağa çəkir, pencəyinin düymələrini bağlaya-bağlaya vəziyyətdən çıxmaq üçün xahiş edirlər. Biz istəmirik, amma məcbur edirlər. Konsensus, həmrəylik... Ölkələrin əksəriyyəti bu fikirdədir və onlar bilirlər ki, bu prosesin arxasında dayanan dirijorun özünə heç bir zərər dəymir, o özünün geosiyasi ambisiyalarını həyata keçirmək istəyir. Yəqin beynəlxalq əlaqələrdə gərgin dövrlər qaçılmazdır. Bu da keçəcək. Ancaq hər şeydən öncə bunu hamı yaxşı-yaxşı anlamalıdır - dünya artıq birqütblü olmayacaq", - Sergey Lavrov ORT kanalına açıqlamasında bildirib. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb