Rövnəq Abdullayev hazırda axtarış-xilasetmə işlərinə nəzarət edir - Fotolar + Video

19:07 | 06.12.2015
Rövnəq Abdullayev hazırda axtarış-xilasetmə işlərinə nəzarət edir - Fotolar + Video

Rövnəq Abdullayev hazırda axtarış-xilasetmə işlərinə nəzarət edir - Fotolar + Video

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğınla bağlı itkin düşən şəxslərin axtarış tədbirlərinin həyata keçirildiyi ərazidədir.

ANN.Az "Report”a istinadən xəbər verir ki, hadisə yerində olan şirkət prezidenti hazırda axtarış-xilasetmə işlərinə nəzarət edir. R.Abdullayevin xilas etmə işləri tam bitənə kimi hadisə yerində olacağı bildirilir.

Qeyd edək ki, dekabrın 4-də baş verən güclü tufan saat 17:40 radələrində Xəzərdə "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın baş verib.

Hazırda FHN-in 2 yanğınsöndürən gəmisi, eyni zamanda SOCAR və BP şirkətlərinə məxsus daha 3 gəmi hazırda yanğının söndürülməsi işlərini həyata keçirir.
 




 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM