Sabah dünya çempionatında növbəti mərhələ başlayır

15:19 | 27.06.2014
Sabah dünya çempionatında növbəti mərhələ başlayır

Sabah dünya çempionatında növbəti mərhələ başlayır

Braziliyada keçirilən futbol üzrə dünya çempionatında qrup mərhələsinin oyunları başa çatıb. 
ANN.Az xəbər verir ki, sonuncu oyun günü Almaniya, ABŞ, Belçika və Əlcəzair növbəti mərhələyə adlayıblar. Portuqaliya və Rusiya milliləri isə İspaniya, İtaliya, İngiltərə və digər komandalar kimi mundialı tərk etməli olublar. Növbəti (8/1) mərhələnin oyunları iyunun 28-də başlayacaq. Bu mərhələdə həmin komandalar qarşılaşacaq:
Braziliya - Çili (28 iyun)
Kolumbiya - Uruqvay (28 iyun)
Hollandiya - Meksika (29 iyun)
Kosta-Rika - Yunanıstan (29 iyun)
Fransa-Nigeriya (30 iyun)
Almaniya-Əlcəzair (30 iyun)
Argentina-İsveçrə (1 iyul)
Belçika-ABŞ (1 iyul)
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM