SABAH qrupu iştirakçıları "Bakı Metropoliteni"ndə - FOTOLAR

16:50 | 16.08.2016
SABAH qrupu iştirakçıları

SABAH qrupu iştirakçıları "Bakı Metropoliteni"ndə - FOTOLAR

Ölkənin ali təhsil müəssisələrinin savadlı, bacarıqlı və hazırlıqlı tələbələrindən ibarət SABAH qrupu iştirakçıları "Bakı Metropoliteni"ndə təcrübə kursu keçir.
 
Təhsil Nazirliyindən ANN.Az-a verilən məlumata görə, nazirliyinin təşəbbüsü və "Bakı Metropoliteni” QSC ilə birgə əməkdaşlıq çərçivəsində tələbələrə metropolitenin müvafiq struktur bölmələrində ixtisasları üzrə müxtəlif sahələrdə təcrübə toplaması üçün bütün şərait yaradılıb.

Kurslarda Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin SABAH qrupuna daxil olan tələbələri iştirak edir. Bir ay müddətində davam edəcək kursun  iştirakçılarına "Bakı Metropoliteni” QSC-də təcrübə keçmələrinə dair xasiyyətnamə təqdim olunacaq.

Kursların keçirilməsində məqsəd tələbələrin fərdi və peşəkar inkişafına dəstək olmaq, həmçinin akademik və iş mühitləri arasında əlaqələri möhkəmlətmək üçün "Bakı Metropoliteni” QSC-nin müvafiq struktur bölmələrində onların yiyələnəcəkləri ixtisaslar üzrə təcrübə toplamasıdır. 
 










 

 
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb