"Şahdağ"a axın başladı - VİDEO

01:00 | 01.01.2018

"Şahdağ"a axın başladı - VİDEO

Bir neçə gündür ki, Şahdağ Turizm Mərkəzində əməlli-başlı canlanma var. Bayramı fərqli formada keçirmək istəyən yerli və xarici turistlər Şahdağ Turizm Mərkəzinə axın edirlər.

Axar.az Xəzər xəbər-ə istinadən bildirir ki, Yeni il fərqli formada qarşılamaq istəyənlər Şahdağ Turizm mərkəzinə üz tuturlar. Burda yerli insanlarla bərabər, xarici turistlərin də sayı kifayət qədər çoxdur.

Bayramı burda qarşılayıb, qarla ən çox əylənənlər isə uşaqlardır.

Ötən il qış mövsümündə 95 mindən artıq insanın üz tutduğu Şahdağa bu il 100 mindən artıq turistin gəlməsi gözlənilir.

Qeyd edək ki, bu il qiymətlərdə hər hansı bir dəyişiklik yoxdur.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb