“Şahdəniz”dən hasil edilən 98 mlrd kubmetr qaz ixrac edilib

16:11 | 31.07.2021
“Şahdəniz”dən hasil edilən 98 mlrd kubmetr qaz ixrac edilib

“Şahdəniz”dən hasil edilən 98 mlrd kubmetr qaz ixrac edilib

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku istismara veriləndən bu ilin iyulun 1-dək 183 milyard kubmetr təbii qaz hasil edilib.

Bu barədə Energetika Nazirliyinin bu ilin yanvar-iyun ayları üzrə ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.

Məlumata görə, "Şahdəniz” qaz-kondensat yatağı istismara veriləndən iyulun 1-dək isə 145 milyard kubmetrdən çox qaz hasil edilib.

Bu dövrdə "Şahdəniz” yatağından hasil edilən qazın təxminən 98 milyard kubmetrdən çoxu ixraca nəql edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb