Şahmar Ələkbərov anılıb - FOTOLAR

23:00 | 15.08.2014
Şahmar Ələkbərov anılıb - FOTOLAR

Şahmar Ələkbərov anılıb - FOTOLAR

Nizami Kino Mərkəzində görkəmli kinoaktyor və rejissor Şahmar Ələkbərovun xatirə gecəsi keçirilib.APA-nın məlumatına görə, tədbirdə Ş. Ələkbərovun dostları və yaxınları xatirələrini bölüşüb, aktyorun Azərbaycan kinosunun inkişafındakı xidmətlərindən söz açıblar.Rejissor Ayaz Salayev Ş. Ələkbərovu Azərbaycan kinosunun novatorlarından biri kimi dəyərləndirib: “Şahmar dünyadan vaxtsız getdi və yaşasaydı bizim təsəvvür edə bilməyəcəyimiz qədər gözəl rollar, filmlər yaradardı. Düşünürəm ki, onun yaradıcılığı hələ də öz qiymətini almayıb. O, istedadı çiçəklənən bir vaxtda dünyadan köçdü. Bəzən filmlərə baxıb deyirsən ki, bu rolu məhz Şahmar gözəl ifa edə bilərdi”.C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov bildirib ki, Ş. Ələkbərov XX əsr Azərbaycan kinosunun ən görkəmli nümayəndələrindən biri olub: “O, həm gözəl şəxsiyyət, həm də sənətkar idi. Bu iki keyfiyyəti özündə birləşdirmək hər sənətkara nəsib olmur. Kinostudiya Şahmar Ələkbərov kimi sənətkarların xatirəsini həmişə əziz tutub. Çünki bu, bizim mənəvi borcumuzdur”.Xatirə gecəsində xalq artistləri Əminə Yusifqızı və Ramiz Məlik, əməkdar incəsənət xadimi Ənvər Əbluc, əməkdar artist Elxan Qasımov  Ş.Ələkbərov haqqında xatirələrini bölüşüblər.Mərasimdə Ş. Ələkbərovun yaradıcılığını əks etdirən fotosərgi və çəkildiyi filmlərdən fraqmentlər nümayiş olunub. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM