Şahmat Olimpiadasının açılışı Milli Gimnastika Arenasında keçiriləcək

09:12 | 25.05.2016
Şahmat Olimpiadasının açılışı Milli Gimnastika Arenasında keçiriləcək

Şahmat Olimpiadasının açılışı Milli Gimnastika Arenasında keçiriləcək

Mayın 24-də "Baku Crystal Hall”-da bu il sentyabrın 1-dən 14-dək Azərbaycan paytaxtında baş tutacaq 42-ci Dünya Şahmat Olimpiadasının başlamasına 100 gün qalması şərəfinə mətbuat konfransı keçirilib.

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin mətbuat xidmətindən Oxu.Az-a daxil olan məlumata görə, mərasimdə gənclər və idman naziri Azad Rəhimov, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov, qarşıdakı Olimpiadanın Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov iştirak edib.

A.Rəhimov çıxışında bildirib ki, idman Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Qeyd olunub ki, yarışlarda 170-dən çox ölkədən nümayəndələrin iştirakı gözlənilir, bu da olimpiadanı ən böyük yarışma səviyyəsinə qaldırır. Bu fakt həm də ölkəmizin yenidən özünü nümayiş etdirmək imkanı qazanmasından və bütün dünyadan böyük sayda turisti özünə cəlb edəcəyindən xəbər verir.

Nazirin sözlərinə görə, Azərbaycanın böyük beynəlxalq tədbirlər, o cümlədən idman yarışları keçirmək təcrübəsi var. Bu baxımdan təşkilati məsələlərin həll üçün böyük işlər görülüb.

K.İlyumjinov çıxışında bildirdi ki, şahmat olimpiadası kəmiyyət və keyfiyyət komponentləri baxımından mühüm hadisə kimi tarixə düşəcək.

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin sədri Mahir Məmmədov nəqliyyat, viza, təhlükəsizlik məsələlərinin müzakirə edildiyini və yüksək səviyyədə həllini tapacağını bildirib. M.Məmmədov həmçinin mötəbər yarışın təntənəli açılış mərasiminin Milli Gimnastika Arenasında olacağını söyləyib.
 











www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM