Salvador Dalinin doğulmadan öncə çəkdiyi rəsm...

18:30 | 25.05.2014
Salvador Dalinin doğulmadan öncə çəkdiyi rəsm...

Salvador Dalinin doğulmadan öncə çəkdiyi rəsm...

Salvador Dalinin yeniyetmə yaşlarında çəkdiyi sürrealizm janrıda olan ilk əsəri tapılıb. 

ANS PRESS-in məlumatına görə, "Dalinin bətndaxili doğulması" adlanan əsər 1988-ci ildə İspaniyada antikvar mağazasından 150 avroya satılıb. Xoşbəxtlikdən rəsmin alıcısı rəssam və sənətşünas Tomeu Lamo olub və o, elə ilk vaxtlardan rəsmin Daliyə mənsub olduğundan şübhələnib. 

Vulkan üzərində uçan mələklərin əks olunduğu "Dalinin bətndaxili doğulması" (The Intrautirine Birth of Salvador Dali) əsəri ispaniyalı rəssam tərəfindən imzalanıb. Ancaq uzun illər ərzində müəllifin naməlum rəssam olduğu bildirilirdi. Rəsmin üzərindəki imza 1896-cı ilə, yəni Dalinin anadan olmasından 8 il öncəyə aiddir. Ancaq 2004-2013-cü illər arasında yüksək texnologiyalı testlərdən keçməsindən sonra incəsənət mütəxəsisləri əsərin Dali tərəfindən 17 yaşı olarkən, 1921-ci ildə çəkildiyi qərarına gəliblər.

ANS PRESS
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM