Şamaxı yolları - gördüklərimiz, yaxud görə bilmədiklərimiz - FOTOLAR

09:24 | 22.09.2015
Şamaxı yolları - gördüklərimiz, yaxud görə bilmədiklərimiz - FOTOLAR

Şamaxı yolları - gördüklərimiz, yaxud görə bilmədiklərimiz - FOTOLAR

Bu dəfə yolumuz Şamaxıya idi. 

Kollektivimizi sevirəm, onlarla birlikdə yol yoldaşı olmaqdan, istirahətdən zövq alıram. Yolboyu maraqlı söhbətlər, zarafatlarımız da öz yerində, hələ yolda başımıza gələn kiçik macəraları demirəm...

Yolumuz dağların ətəyindən uzanan yollardan keçir. Qarşımızdan müxtəlif yük maşınları, istirahətə ailəsi ilə gedən maşın karvanları keçir. Şamaxıya çatanda günün istisindən yorğun düşüb eləcə yolqırağında, stulda əyləşərək yuxuya etmiş adamı görürük. Qabağındakı kiçik piştaxtanın üzərindəki vedrədə əncir, pomidor, kartof, göy-göyərti var, onları axşama kimi satıb ailəsinə çörəkpulu aparmalıdır. 

Nəhayət, gəlib Pirqulu meşəsinə çatdıq. Meşənin ətrafı dəmirlə çəpərlənmişdi. Yerli sakinlərin bizə bildirdiyinə görə, meşə yerli məmurlardan birinin əmrilə çəpərlənib, giriş də yasaqdır. Dedik, bura kimi gəlmişik, bir məşhur Şamaxı rəsədxanasına gedək. Elə oraya çatmışdıq ki, qapıda uzun bir növbənin düzüldüyünü görüb geri qayıtdıq...

Amma bu səfərdən bizə geri qalan maraqlı fotosessiya oldu.

Fərqanə Novruzova
Fotolar müəllifindir.

























 




















www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb