Sami Xedira "Arsenal"a keçdi - Sürpriz transfer

11:57 | 15.07.2014
Sami Xedira "Arsenal"a keçdi - Sürpriz transfer

Sami Xedira "Arsenal"a keçdi - Sürpriz transfer

İngiltərənin "Arsenal" klubu yeni mövsüm üçün heyətini gücləndirməkdə davam edir.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, Aleksis Sançesin ardından London təmsilçisi "Real" (Madrid) klubundan Sami Xediranı da transfer edib.

"Topçular"ın bu transfer üçün Madrid təmsilçisinə 27 milyon avro ödədiyi bildirilir. Xedira "Arsenal"da Almaniya millisindəki komanda yoldaşları - Məsut Özil, Per Mertezaker və Lukaş Podolski ilə birgə oynayacağı üçün xoşbəxt olduğunu deyib.

Xatırladaq ki, 27 yaşlı futbolçu 2010/2011 mövsümün 14 milyon avro qarşılığında "Ştuttqart"dan "Real"a transfer olunmuşdu. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb