Brüsseldə keçirilən "Şərq Tərəfdaşlığı” sammitində Ermənistanla Avropa İttifaqı arasında saziş imzalandı. Ermənistan mediası bunu Moskvanın kölgəsində yatan İrəvan üçün ciddi irəliləyiş hesab edir, reallıqda isə bu, birbaşa Sarkisyanın Kremlə baş qaldırmasıdır.
Publika.az xəbər verir ki, Ermənistanda Sarkisyana yaxın medianın "böyük qələbə” olaraq təqdim etdiyi bu saziş indiki məqamda heç bir nəticəyə malik deyil. Xüsusilə bu sazişin Ermənistana ciddi iqtisadi dividendlər gətirməyəcəyi gözlənilir.
Boş ümidlər
Ermənistanın "1in.am” saytı isə vəziyyətə daha bədbin yanaşır. Sayt yazır ki, Sarkisyan hakimiyyətdə olduğu müddətdə bu saziş yalnız kağız üzərində qalacaq: "Əksinə proseslər Ermənistan üçün "Abxaziya ssenarisi”nin baş verəcəyini göstərir”.
Sarkisyanı dar ağacına aparan iki səbəb
Hesab etmək olar ki, İrəvan sazişi imzalasa da, buna ciddi yanaşmır, sadəcə olaraq, Moskvanın tərəzisində öz çəkisini artırmaq niyyəti güdür. Sazişin imzalanmasından öncə baş verən proseslər bu kontekstdə diqqət çəkir.
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşəndə Dağlıq Qarabağ münaqişəsini, daha konkret desək, ilkin mərhələdə işğal altındakı 5 rayonun Azərbaycana qaytarılmasını istədi. Bu görüşün ciddi nəticələrinin olmadığını düşünmək olar. Lakin Ərdoğanla görüşdən sonra Putin Ermənistan prezidenti Serj Sarkisyanı qəbul etdi və məlumatlara görə, görüşdə Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunub. Ardınca Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıya və İrəvana səfər etdi. Bu səfərin əsas məqsədinin Qarabağ münaqişəsi olduğu məlum idi. Lavrovun Bakıdan sonra getdiyi İrəvanda münaqişə haqda dediyi sözlər nə qədər bədbin görünsə də, Rusiyanın baş diplomatının münaqişədə mövcud status-kvonu dəyişdirə biləcək təkliflər irəli sürdüyü də şübhəsizdir. Erməni siyasi şərhçi Viqen Petrosyan şəxsi mənbələrinə istinadən Lavrovun qapalı görüşdə Sarkisyanı Qarabağ ətrafındakı rayonların qaytarılmasına məcbur etdiyini iddia edir.
Bu proseslər fonunda Sarkisyanın Brüsselə gedərək, Aİ ilə saziş imzalaması İrəvanın Qarabağ münaqişəsində yeni arxa axtardığı, yaxud Rusiyaya mesaj verdiyi ehtimalı önə çıxır.
Lakin məsələnin digər tərəfi Sarkisyanın gələcək hakimiyyəti ilə bağlıdır. 2018-ci ilin aprelində prezident postunu təhvil verəndən sonra o, baş nazir olaraq ölkəyə rəhbərlik etmək istəyir. Hətta Putinlə görüşdə əsas müzakirə mövzusunun məhz bu olduğu deyilir.
Ehtimal etmək olar ki, Sarkisyan Putinin qarşısında istədiklərini ala bilməyib və Rusiya prezidentinə gücünü göstərmək üçün Brüsselə gedərək sazişi imzalayıb. Lakin bu saziş Rusiyanın qlobal siyasəti fonunda bağışlanmaz səhvidir və Sarkisyanın bunu Putinin acığına etdiyini demək məsələni kiçiltmək olardı
.
Qərbin hədəfi nədir?
Mümkündür ki, ortada Qərbin Rusiya ilə bağlı siyasətinin elementləri var və Sarkisyanı da Qərb məhz erməni lobbisi üzərindən razı sala bilib.
Moskva Dövlət Universitetinin dünya siyasəti fakültəsinin beynəlxalq təhlükəsizlik kafedrasının dosenti, politoloq Aleksey Fenenko hesab edir ki, Qərb bu sazişlə iki hədəfə nail olmaq istəyir.
"Ermənistan unudur ki…”
Kremlin İrəvana müdaxilə ssenariləri
Ermənistan rəhbərliyi olduqca riskli oyun oynayır, lakin bunun nəticəsinin nə olacağını təxmin etmək çətindir. Mümkündür ki, Rusiya yolundan azan İrəvanı cəzalandırmaq üçün siyasi, iqtisadi, hətta hərbi müdaxilə addımlarını atsın. Ermənistan ictimaiyyətini ən çox narahat edən də budur. Artıq erməni mediasında Rusiyanın müdaxilə ssenariləri də müzakirə olunmaqdadır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !