Sarkisyanın növbəti Qarabağ bəyanatı

18:00 | 24.10.2015
Sarkisyanın növbəti Qarabağ bəyanatı

Sarkisyanın növbəti Qarabağ bəyanatı

"Azərbaycan Dağlıq Qarabağa tarixi, hüquqi, siyasi və mənəvi iddialarından məhrumdur”.

ANS PRESS-in məlumatına görə, bu sözləri İravanda Ermənistan prezidenti Serj Sarkisyan Moskva Dövlət Beynəlxalq Əlaqələr İnistitunun məzunlarının formunda deyib. 

Sarkisyanın bu sözlərinə Azərbaycanın Xarici İşlər Nazirliyi münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyir ki, görünür Ermənistan rəhbərliyi sentyabrın 27-da dediyi "Dağlıq Qarabağ – Ermənistanın ayrılmaz hissəsidir" bəyanatını unutmayıb. Bu bir daha Ermənistanın Azərbaycan ərazisini işğal etdiyini sübut edir.

"Biz Ermənistan rəhbərliyinə xatırlatmaq istəyirik ki,belə çıxışlar Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik şurasının dörd qətnaməsinin mahiyyətini təhrif edir. Bu qətnamələrdə Azərbaycanın ərazi bütövlüyünü və müstəqilliyi dəstəklənir. Qətnamələrdə Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi göstərilir", - deyə nazirlik rəsmisi bildirib.

H.Hacıyev bildirib ki, tarixə müraciət edən Ermənistan rəhbərliyi unutmamalıdır ki, arxeoloji, etnoqrafik və antropoloji baxımdan ermənilərin Cənubi Qafqazla heç bir əlaqəsi yoxdur. Cənubi Qafqaza köç etdirilmiş ermənilər Rusiya imperiyasının süqutundan sonra Ermənistan adı altında tarixi Azərbaycan torpaqlarında özlərinə dövlətəbənzər bir təsisat yaratmışlar”.

"Beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT -in Minsk Qrupunun həmsədrlərinin güc tətbiq etmək və güc tətbiq edərək hədələməkdən çəkinmək kimi çağırışının tələbləri işğalçılıq həyata keçirmiş dövlət kimi məhz Ermənistan tərəfindən icra edilməlidir. İşğal və təcavüzün nəticələri aradan qaldırılmadığı və Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğu halda, güc tətbiq etmək və güc tətbiq edərək hədələməyi davam etdirən dövlət kimi bütün məsuliyyət Ermənistanın üzərinə düşür”.

Serj Sarkisyan bu fikirləri bir müddət əvvəl "erməni soyqırımı"nın 100 illiyi tədbirlərini koordinasiya edən dövlət komissiyasının 6-cı iclasında "Dağlıq Qarabağ Ermənistanın ərazisidir” ifadəsini işlətmişdi. "Mən Ermənistan deyəndə isə Dağlıq Qarabağı onun ayrılmaz hissəsi kimi nəzərdə tuturam - planetin ən hərbiləşmiş ərazilərindən biridir".

Amma S.Sarkisyan bununla da kifayətlənməyib və Azərbaycanın ünvanına kəskin hədələr də səsləndirib.

Erəmənistan prezidentinin belə bəyanatlarına bir müddət əvvəl prezident İlham Əliyev doqquz ayın sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında münasibət bildirib. İlham Əliyev dünya birliyi və beynəlxalq təşkilatların Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını deyib. 

"Bu gərgin psixoloji durumda verilən bəyanat Ermənistan rəhbərliyini ifşa və biabır edir. Xunta rejimindən bundan artığını gözləmək mümkün deyil. Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq prinsipləri əsasında və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.” 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb