Sarkisyanın Xankəndinə gəlməsində iki məqsəd var - EKSPERT

12:50 | 19.04.2016
Sarkisyanın Xankəndinə gəlməsində iki məqsəd var - EKSPERT

Sarkisyanın Xankəndinə gəlməsində iki məqsəd var - EKSPERT

Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağa gedib. Erməni KİV-nin məlumatına görə Sarkisyanı Xankəndində Qarabağ separatçılarının lideri Bako Saakyan qarşılayıb.

Aprelin 1-dən 2-sinə keçən gecə cəbhədə yaranmış gərgin vəziyyətdən sonra Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağa səfər edib.

Sarkisyanın cəbhədəki gərginlikdən sonra səfərinin məqsədi nədir?

ANN.Az xəbər verir ki, "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan  Şahinoğlu Sarkisyanın Qarabağa səfərini bu cür şərh edib.

Politoloq Ermənistan prezidenti Serj Sarkisyanın Xankəndinə gəlməsində iki məqsədi olduğunu vurğulayıb: "Birinci məqsədi Dağlıq Qarabağ əhalisinə ürək-dirək verməkdir ki, qorxmayın arxanızda Ermənistan və onun ordusu dayanıb. Sarkisyan da anlayır ki, 2-6 aprel döyüşlərindən sonra Dağlıq Qarabağın erməni əhalisi qorxu içindədir. Qorxu üçün ciddi əsas var. Azərbaycan ordusunun sürətli yürüşü kifayət edəcək ki, Xankəndi azərbaycanlı hərbçilərin gözlə görünən məsafəsində olsun. Sarkisyanın Xankəndinə səfərində ikinci məqsədi Azərbaycanı təxribata çəkməkdir. Yani Sərkisyan ona ümid edir ki, o Xankəndində olduğu müddətdə cəbhədə vəziyyət gərginləşsin. Və beynəlxalq aləmə deyə bilsin ki, Azərbaycan ordusu onun Dağlıq Qarabağa səfərini pozmaq üçün atəşkəsi pozur".

"Ona görə də Sarkisyana bu fürsəti vermək lazım deyil, görüşlərini keçirib helikopterinə minib Ermənistana qayıtsın. Onsuz da onun Xankəndinə gəlişi nə bölgənin erməni əhalisini, nə də separatçıları ruhlandıracaq, yalandan generallarla bir-iki görüş keçirib, xəritələrin qarşısında poz verib çıxıb gedəcək. Biz isə öz işimizi davam etdirməliyik, hər gün, hər saat işğalçı snayper və ya minomyot atəşindən itki verməlidir, hərbçilərinin sayı azalmalıdır, dronlarımız əvvəlki tək işğalçıları vahimə içində saxlamalıdır. Bu prosesi Serj Sərkisyanın Xankədinə səfərləri dayandırmaq imkanında deyil. Bunu erməni cəmiyyəti anlamağa başlayır. Sadəcə, elə etməliyik ki, bunu daha tez anlasınlar". - deyə E.Şahinoğlu bildirib.
 
Orxan Aslanlı

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb