Saxta sinə implantları satan şəxs 4 il həbs

23:01 | 10.12.2013
Saxta sinə implantları satan şəxs 4 il həbs

Saxta sinə implantları satan şəxs 4 il həbs

Bir neçə il əvvəl böyük qalmaqala səbəb olmuş Fransanın "Poli İmplant Protez" şirkətinin təsisçisi Jan-Klod Mas keyfiyyətsiz sinə implantının istehsalı ittihamı ilə 4 il müddətinə həbs cəzasına məhkum edilib. Məhkəmə şirkət rəhbərini implantların keyfiyyətsizliyini ört-basdır etməkdə də təqsirli bilib.Jan-Klod Masdan başqa şirkətin 4 əməkdaşı müxtəlif cəzalara məruz qalıb. Keyfiyyətsiz sinə implantları ilə bağlı Fransa məhkəməsinə 5000-dən çox qadın müraciət etmişdi. Bir neçə il Poli İmplant Protez sinə implantından istifadə etmiş 125 minə yaxın qadın müxtəlif ağrılarla həkimlərə müraciət etmişdi. Şirkətin məhsullarından ən çox fransalı və braziliyalı qadınlar istifadə edib.//Anspress
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb