SAZZ internetin qış kampaniyasına start verildi

12:49 | 26.12.2014
SAZZ internetin qış kampaniyasına start verildi

SAZZ internetin qış kampaniyasına start verildi

Sazz Internet Dekabr ayının 20-dən yanvarın 19-nə qədər davam edəcək qış kampaniyasi çərçivəsində mövcud və yeni abunəçilər üçün müxtəlif güzəştli paketlər təklif edir

Beləliklə, yeni müştərilər 25 manat ödəməklə 40 gün limitsiz internet və Sazz USB modemini;

50 manat ödəməklə 90 gün limitsiz internet və Sazz USB modemini;

Bir illik istifadə haqqını ödəyən yeni müştərilər isə cəmi 200 manata 360 gün limitsiz internet və internetə qoşulmaq üçün lazım olan Sazz USB modemini əldə edəcəklər.

Qış kampaniyası çərçivəsində 60 gün abunə haqqını ödəyən hər bir Sazz abunəçisi üçün əlavə 30 gün pulsuz internet hədiyyə olaraq təqdim ediləcək.

Kampaniya paketlərindən faydalanan abunəçilərə internetdən istifadə haqqı 30-35% daha ucuz başa gələcəkdir. Sərfəli internet-paketləri Sazz İnternetin Süleyman Rüstəm küçəsi, 17B ünvanında yerləşən Baş ofisində və bütün Sazz İnternet satış nöqtələrində əldə etmək mümkündür. Abunə haqqı ödənişlərini bütün Sazz ofislərində, eləcə də www.sazz.az saytında yerləşdirilmiş "şəxsi kabinet" vasitəsilə "online" həyata keçirmək olar. Xatırladaq ki, Sazz İnternet həmişə olduğu kimi hər yeni abunəçiyə İnternet xidmətini 5 gün ərzində 200 meqabaytlıq trafiklə yoxlayıb test etmək imkanını verir. Hazırda Sazz İnternet Bakı, Sumqayıt, Zaqatala, Balakən, Qax, Quba, Qusar, Xaçmaz, Şəki, Gəncə, Xırdalan, Mingəçevir, Astara, Lənkaran, Lerik və Masallı şəhərlərində, habelə Abşeron yarımadasının əksər qəsəbələrində xidmət göstərir.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb