Sədr yas mərasimləri ilə bağlı qadağanın əleyhinə çıxdı

15:20 | 03.09.2014
Sədr yas mərasimləri ilə bağlı qadağanın əleyhinə çıxdı

Sədr yas mərasimləri ilə bağlı qadağanın əleyhinə çıxdı

“Azərbaycanda yas mərasimləri ilə bağlı qanunvericiliyə hansısa məhdudlaşdırıcı dəyişiklik edilməsinə ehtiyac yoxdur”.
Bunu açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
O, qeyd edib ki, yas mərasimləri ilə bağlı məsələ ancaq tövsiyə xarakteri daşıya bilər və belə də olacaq: “Biz komitə olaraq bu yolla yas mərasimlərinin vətəndaşlarımız tərəfindən normal keçirilməsinə nail olacağıq. Bu, yalnız izahat və yerlərdə din xadimlərimizlə birgə fəaliyyət nəticəsində həll olunacaq. Ona görə də bununla bağlı deyildiyi kimi, hansısa qanunun qəbul olunmasına biz ehtiyac görmürük”.
APA
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM