Səfir: TAP-ın reallaşdırılması Yunanıstan iqtisadiyyatına böyük impuls verəcək

13:22 | 16.05.2016
Səfir: TAP-ın reallaşdırılması Yunanıstan iqtisadiyyatına böyük impuls verəcək

Səfir: TAP-ın reallaşdırılması Yunanıstan iqtisadiyyatına böyük impuls verəcək

Azərbaycan qazının Avropaya çatdırılmasını nəzərdə tutan Transadriatik boru kəmərinin (TAP) tikinti layihəsinin reallaşdırılması Yunanıstan iqtisadiyyatına böyük impuls verəcək. 

Trend-in məlumatına görə, bunu Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayev yerli mətbuata müsahibəsində deyib.

Onun sözlərinə görə, "Cənub Qaz Dəhlizi"nin yaradılması və TAP layihəsinin reallaşdırılmasına başlanılması ümumilikdə Cənub-Şərqi Avropanın enerji təhlükəsizliyinin artmasına xidmət edəcək və region ölkələrinin iqtisadiyyatının inkişafına gətirib çıxaracaq.

Qeyd edək ki, TAP layihəsi Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsindən qazın Avropa İttifaqı ölkələrinə nəqlini nəzərdə tutur.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM