Şəhid zabit mükafatlandırıldı

15:00 | 05.10.2014
Şəhid zabit mükafatlandırıldı

Şəhid zabit mükafatlandırıldı

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun cəbhə bölgəsində şəhid olmuş leytenant Baxışlı Allahverdi Əbülfəz oğlunu ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif edib. 

ANS PRESS-in məlumatına görə, atası da Qarabağ müharibəsində şəhid olan zabit Alhaverdi Baxışlıdan sonra ailədə kişi nəslinin nümayəndəsi qalmayıb.

Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini, polkovnik Abdulla Qurbani bildirib ki, şəhid olmuş Allahverdi Baxışlı könüllü olaraq raport yazıb və ön cəbhəyə yollanıb. O bununla şəhid atasının intiqamını almaq istədiyini qeyd edib. Medalın təltifetmə mərasimində Müdafiə Nazirliyinin yüksək çinli zabitləri, rayon rəhbərliyi və ictimaiyyəti iştirak edib. Mərasimdən sonra nazirliyin rəsmiləri nazirliyin nümayəndələri və digər şəxslər şəhidin qəbrini ziyarət ediblər.

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti