Şəhidlər xiyabanı niyə baxımsız vəziyyətə düşüb? - FOTOLAR

10:00 | 13.07.2015
Şəhidlər xiyabanı niyə baxımsız vəziyyətə düşüb? - FOTOLAR

Şəhidlər xiyabanı niyə baxımsız vəziyyətə düşüb? - FOTOLAR

"Bir insan məzarlıqdan qorxursa, o zaman hələ ən yaxın insanını itirməyib" - nə zamansa eşitdiyim bu ifadənin doğru olduğunu yolum hər dəfə "Şəhidlər Xiyabanı"ndan düşəndə daha aydın hiss edirəm. 

İnsanlar məzarlıqdan qorxurlar, bu məkanda onları bir vahimənin basdığını deyirlər hər zaman. Amma zaman gəlir ki, hər kəsin həyatında ailəsindən, sevdiyi insanlardan əziz olanı onu birdəfəlik tərk edir. O zaman yolu məzarlığa tez-tez düşür və o, qorxu hissini dəf edə bilir. 

İnanmıram ki, kimsə Şəhidlər xiyabanını ziyarət edəndə belə bir hiss keçirsin. Çünki burada uyuyanlar təkcə öz ailəsinin, qohum-əqrabasının deyil, bütün Azərbaycan xalqının əzizi, yaxınıdır. Onlara hörmətimiz yalnız uyuduqları məzarlıqların baxımlı olması ilə ölçülə bilər. Amma təəssüf ki, hər dəfə buranı ziyarət edəndə vəziyyətin necə pis durumda olmasını müşahidə edirəm. Bunu sizə təqdim etdiyim fotolardan da görə bilərsiniz.

Fərqanə Novruzova
Fotolar müəllifindir

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb