Şəkidə meyit davasıyla bağlı ŞOK QƏRAR

11:01 | 06.10.2014
Şəkidə meyit davasıyla bağlı ŞOK QƏRAR

Şəkidə meyit davasıyla bağlı ŞOK QƏRAR

Şəki Apellyasiya Məhkəməsinin hakimi Hümbət Səlimov məhkəmə tarixində analoqu olmayan qətnaməyə imza atıb. Meyiti miras əmlakı kimi qələmə verən hakim ərinin qəbrini Ağdaşdan Bərdəyə köçürmək istəyən qadının iddiasını təmin edib.ANN.Az xəbər verir ki, bu barədə AzNews.az-a mərhumun bacısı Malikə Mustafayeva məlumat verib.Onun sözlərinə görə, qardaşı Mustafayev Əhliman İldırım oğlu 2013-cü il oktyabrın 31-də avtomobil qəzasında vəfat edib:“Onun meyitini müayinə olunmaq üçün Ağdaş rayon Mərkəzi Xəstəxanasına aparıblar. Hadisədən xəbər tutan kimi qardaşımın keçmiş həyat yoldaşı xəstəxanaya gəldi və meyiti Bərdədə dəfn etmək üçün oraya aparacağını dedi. Biz bacılar isə buna razı olmadıq və müstəntiq mərhumun meyitini bizə verdi. Biz də onu Ağdaş rayon İxlı kənd qəbiristanlığında dəfn etdik. O vaxtdan qardaşımın keçmiş həyat yoldaşı Aygün Mustafayeva bizimlə münaqişəyə girib, hər vasitə ilə meyiti qəbirdən çıxararaq Bərdəyə aparmaqla hədələyir”.Ağdaşda “yox”, Şəkidə “hə” dedilərNiyyətini həyata keçirmək üçün Aygün Mustafayeva Ağdaş Rayon Məhkəməsinə müraciət edib. Əsas kimi isə ərinin şifahi vəsiyyətini gətirib. Onun sözlərinə görə, mərhum Əhliman Mustafayev əvvəllər öldükdən sonra anasının yanında dəfn olunmasını söyləyib. Lakin bunu məhkəmədə sübut edəcək sənədi təqdim edə bilmədiyindən məhkəmə qadının iddiasını təmin etməyib.A.Mustafayeva çirkin niyyətini həyata keçirmək üçün bu dəfə Şəki Apellyasiya Məhkəməsinə müraciət edib. İşə baxan Şəki Apellyasiya Məhkəməsinin hakimi Hümbət Səlimov qətnamədə Mülki Məcəllənin 1155.1-ci maddəsinə istinad edərək kişinin meyitini qadının şəxsi mülkiyyəti kimi qələmə verərək onun iddiasını təmin edib.Hakimin analoqu olmayan mülahizələriMərhum Ə.Mustafayevin ailə üzvlərinin hüquqlarını müdafiə edən hüquqşünas Səməd Vəkilov “Axar.az”a açıqlamasında hakimin bu qərarının heç bir hüquqi əsası olmadığını deyib:“Şəki Apellyasiya Məhkəməsinin hakimi Hümbət Səlimov sözügedən qətanamədə Mülki Məcəllənin 1155.1-ci maddəsinə istinad edib. Həmin maddədə göstərilir ki, ailə dəftər-kitabları (və ya yazıları), ailə xronikaları, xatirə və digər ayin predmetləri və qəbirlər mirasa daxil deyildir və vərəsələr arasında bölüşdürülmür. Hakim isə bu maddənin ikinci hissəsində göstərilən “miras qoyanın şəxsiyyətinə, ailəsinə və ya bütün mirasa aid sənədlər ümumi əmlak kimi qalır” normasına istinad etməklə mərhum İldırım Mustafayevin qəbrinin onun həyat yoldaşı Aygün Mustafayevanın mülkiyyəti hesab etmişdir”.Kişinin meyiti qadının mülkiyyətidir?Hüquqşünasın sözlərinə görə, bundan sonra Hümbət Səlimov mülkiyyət toxunulmazlığı ilə bağlı qanunlara istinad etməklə A.Mustafayevanın mərhum ərinin qəbrini Ağdaş rayonundan çıxarıb Bərdə rayonuna gətirməsinə mülkiyyət toxunulmazlığı hüququnun obyekti kimi qiymət verib:“Hakim hər kəsin öz mülkiyyətindən maneəsiz istifadə etmək və onun üzərində sərəncam vermək hüququnu əsas gətirib. Hümbət Səlimova görə, hər kəs ərinin və ya arvadının qəbrindən maneəsiz istifadə edə bilər. Lakin Mülki Məcəllənin 1155-ci maddəsinə əsasən, qəbir miras əmlakına daxil deyildir və vərəsələr arasında bölüşdürülmür”.Hakimin bu qərarı Məhkəmə Hüquq Şurasında araşdırılacaqS.Vəkilov insanların hissləri ilə oynayan qərar verməsini hakimin subyektiv maraqlardan çıxış etməsi kimi dəyərləndirib:“A.Mustafayeva ərinin vəsiyyət tapşırığını yerinə yetirmək kimi absurd iddialarını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edə bilməyib. Bütün bunlara baxmayaraq hakim Hümbət Səlimov qadının ərinin qəbirdən çıxarılmasına hüquqi don geyindirməsi onun subyektiv maraqlardan çıxış etməsinin təzahürüdür. Biz müdafiə tərəfi kimi Məhkəmə Hüquq Şurasına müraciət edərək Hümbət Səlimov barəsində intizam icraatı başlamasını xahiş edəcəyik”.Hüquqşünas Şəki Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət verəcəklərini deyib. ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM