Şekspirin əsl şəkli tapıldı - Fotolar

09:52 | 26.05.2015
Şekspirin əsl şəkli tapıldı - Fotolar

Şekspirin əsl şəkli tapıldı - Fotolar

Tarixçi Mark Qriffits ingilis yazıçı, şair, aktyor, dünya ədəbiyyatının ən məşhur dramaturqlarından biri Uilyam Şekspirin əsl şəklini tapdığını iddia edib.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, "Country Life” jurnalının xüsusi buraxılışının üz qabığında Şekspirin "əsl şəkli" nəşr edilib. İddialara görə, bu şəkil Şekspirin gənc yaşlarında çəkilib və onun yeganə əsl şəklidir.
 
 
Lakin Birmingem Universitetinin Şekspir İnstitutunun direktoru Maykl Dobson bu nəzəriyyəyə inanmadığını bildirib. O, qeyd edib ki, "Country Life” jurnalı bu cür iddia ilə çıxış edən birinci nəşr deyil.

Qeyd edək ki, U.Şekspirin indiyə qədər tanınan bir şəkli mövcuddur.
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM