Sem Smit Bakıya gələsi olmadı - FOTO

11:43 | 24.04.2019
Sem Smit Bakıya gələsi olmadı - FOTO

Sem Smit Bakıya gələsi olmadı - FOTO

"Formula-1” Qran-Pri yarışları çərçivəsində Bakıda konsert proqramı ilə çıxış etməsi planlaşdırılan dünya şöhrətli ulduz Sem Smit Bakıya gəlməyəcək.

Bu barədə yarışmanın rəsmi səhifəsində məlumat verilib.

"Sem Smitin şənbə günü Bakıda keçirilməsi planlaşdırılan konserti bizdən asılı olmayan səbəblərdən baş tutmayacaq.

Ötən həftə Cənubi Afrika Turunu yarımçıq qoymasının ardından Sem həkimlərin tövsiyəsi ilə çıxışlarına fasilə verməli olub.

Ümid edirik ki, Sem tez bir zamanda səhhəti ilə bağlı problemləri aradan qaldıracaq və yaxın gələcəkdə onu Bakıda qonaq edəcəyik”, - deyə yayılan məlumatda bildirilib. 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb