Səməd Vurğun Bağında qadın əməliyyatı - VİDEO

22:51 | 07.11.2014
Səməd Vurğun Bağında qadın əməliyyatı - VİDEO

Səməd Vurğun Bağında qadın əməliyyatı - VİDEO

Bu gün polis əməkdaşları Səməd Vurğun bağında əməliyyat keçirərək həmin məkanı əxlaqsız qadınlardan təmizləyib. Reyd saat 17:20 radələrində keçirilib.

Virtualaz.org saytının hadisə yerində olan müxbiri xəbər verir ki, polis əməkdaşları parkda əxlaqsızlıqla məşğul olan bir qrup qadını saxlayıb. Qadınlar Nəsimi Rayon Polis İdarəsi 22-ci polis bölməsinə aparılıblar.Qeyd edək ki, polis çəkiliş aparılmasına mane olub. Geriyə yalnız bir neçə saniyəlik bir süjet qalıb.Hadisəyə şahidlik edən paytaxt sakinləri polisin bu addımını təqdir edib. Xatırladaq ki, Bakının mərkəzində - Səməd Vurğun bağında əxlaqsızlıqla məşğul olan qadınların məskən salması haqda mətbuatda dəfələrlə məlumatlar dərc olunub. Parka istirahətə gələnlər bu vəziyyətdən şikayətlərini dönə-dönə dilə gətiriblər.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM