Səngəçal qaz xəttində növbəti yanğın - Təmir-bərpa işləri aparılır

11:10 | 11.01.2017
Səngəçal qaz xəttində növbəti yanğın - Təmir-bərpa işləri aparılır

Səngəçal qaz xəttində növbəti yanğın - Təmir-bərpa işləri aparılır

Yanvarın 10-da axşam saat 20.45 radələrində diametri 1000 millimetr olan Səngəçal Baş Qurğuları-Qazıməmməd magistral qaz kəmərində yanğın baş verib.

Yanğının söndürülməsi məqsədi ilə kəmər dərhal lokallaşdırılıb, bu xəttə verilən qaz alternativ kəmərə keçirilib və xətt istismardan təcrid olunub. 

Hadisə nəticəsində xəsarət alan olmayıb.Yyaşayış məntəqələri üçün hər hansı təhlükə yoxdur. Hadisənin səbəbləri araşdırılır, əlavə məlumat veriləcək.

Baş verən qəza ilə bağlı SOCAR-dan rəsmi açıqlama verilib. Bildirilib ki, yanğın baş verən Səngəçal Baş Qurğuları-Qazıməmməd magistral qaz kəmərində təmir-bərpa işlərinə başlanılıb.

Görülən tədbirlər nəticəsində yanğın lokallaşdırılaraqsöndürülüb, qazın nəqli alternativ xəttə keçirilib, istehlakçıların qaz təchizatında fasilə yaranmayıb. Kəmərdə təmir-bərpa işlərinə başlanılıb.

Kamil Əmirli


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM