Sentyabrdan Caspian Energy Georgia şirkəti işə başlayacaq

20:20 | 11.05.2017
Sentyabrdan Caspian Energy Georgia şirkəti işə başlayacaq

Sentyabrdan Caspian Energy Georgia şirkəti işə başlayacaq

"Caspian Energy Georgia Gürcüstan ərazisində Caspian European Club, Caspian American Club və Caspian Energy International Media Group-un mənafeyini təmsil edəcək”, - deyə Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib.

Onun sözlərinə görə, bu şirkət Gürcüstan ərazisində əməkdaşlığı fəallaşdırmaq niyyətində olan Gürcüstan, Azərbaycan, Türkiyə və Qazaxıstan şirkətləri tərəfindən çoxsaylı müraciətlər nəticəsində yaradılır.

Telman Əliyev qeyd edib ki, Caspian Energy Georgia Tbilisi və Batumidə biznes-forum, CEO lunch, treninq, seminar və dəyirmi masaların, illik Caspian Energy Forumun təşkili ilə məşğul olacaq. Bundan əlavə, ildə bir dəfə milli və beynəlxalq Caspian Energy Award, Caspian Business Award, Caspian CEO Award və Brand Award mükafatlarının təqdimetmə mərasimi təşkil olunacaq. Gələcəkdə Gürcüstanın iqtisadi inkişafına və investisiya cazibədarlığına həsr olunacaq ayrıca rüblük Caspian Energy jurnalının çapı planlaşdırılır.

"Caspian European Club Georgia və Caspian American Club Georgia-ya üzv olan bütün şirkətlər Azərbaycan, Qazaxıstan və Türkiyədə Caspian European Club, Caspian American Club və Caspian Energy İnternational Media Group-un himayəsi altında keçirilən bütün tədbirlərdə  ödənişsiz əsaslarla iştirak edə biləcəklər”, - deyə Telman Əliyev fikrini yekunlaşdırıb.

Caspian European Club-a daxil olmaq istəyən şirkətlər //www.caspianenergy.org/ saytında qeydiyyatdan keçə bilərlər.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb