Separatçıların dəfnindən nadir görüntülər - FOTOLAR

21:26 | 29.08.2014
Separatçıların dəfnindən nadir görüntülər - FOTOLAR

Separatçıların dəfnindən nadir görüntülər - FOTOLAR

Amerikalı foto-müxbir Conatan Alpeyri olduqca diqqət çəkən hadisəyə müəlliflik edib.

Axar.az-ın Ukrayna mətbuatına istinadən xəbərinə görə, o, əksər hallarda mümkünsüz olan bir məqamda - Donbas separatçılarının dəfn mərasimindən şəkillər çəkib.Xəbər verildiyi kimi, qondarma Donbas Xalq Respublikasının tərəfində savaşan terrorçular hərbi qarşıdurmalar zamanı öldürülən səngər yoldaşlarının dəfn mərasimlərindən hər hansı çəkilişin aparılmasına, süjetin hazırlanmasına adətən icazə vermirlər. Lakin amerikalı mütəxəssisə bir istisna edilib və onun çəkiliş aparmasına "yaşıl işıq" yandırılıb. Bu qərar uzun çəkməyib və terrorçular fikirlərindən daşınaraq, reportyordan qeydə alınan şəkillərin silinməsini tələb ediblər. Bunun üçün ona müəyyən təzyiqlər də göstərilib.Verilən məlumatda deyilir ki, mehmanxanalardan birinə qayıdan Alpeyri silinmiş şəkilləri bərpa edib və həmin görüntüləri media vasitəsi ilə dünyaya yayıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb