Sərhəddə yeni yol ötürücüsü

19:00 | 14.10.2014
Sərhəddə yeni yol ötürücüsü

Sərhəddə yeni yol ötürücüsü

Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun 16-cı kilometrində yerləşən mövcud yol ötürücüsünə paralel yeni yol ötürücüsü inşa edilir.Oxu.Az xəbər verir ki, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən bildirilənə görə, artıq 3 aşırımlı yol ötürücüsündə svay işləri başa çatdırılıb. Hazırda özülün armatur dəmir karkası yığılır.Bu işlərdən sonra betonlanma və dayaq gövdəsinin tikintisinə başlanılacaq.Eyni zamanda, nəqliyyat vasitələrinin müxtəlif istiqamətlərə hərəkətini asanlaşdırmaq məqsədilə yeni qovşaq da salınacaq.Qabariti 20 metr, hündürlüyü 5 metrdən artıq nəzərdə tutulan yol ötürücüsü Bilgəh istiqamətindən gələn nəqliyyat vasitələrinin Bakı-Şamaxı-Yevlax avtomobil yoluna, mövcud yol ötürücüsü isə Bakı-Şamaxı-Yevlax avtomobil yolundan gələn nəqliyyat vasitələrinin Bilgəh istiqamətinə çıxışını təmin edəcək.Hazırda həmin yolda yerləşən mövcud yol ötürücüsü Xırdalan şəhərindən Bakı və Sumqayıt istiqamətinə gedən nəqliyyat vasitələrinin əsas magistralla müxtəlif səviyyəli kəsişməsini təmin edir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb