Sərkisyan bütün gücü əlinə alır Aprel planı

15:58 | 01.02.2018
Sərkisyan bütün gücü əlinə alır – Aprel planı

Sərkisyan bütün gücü əlinə alır Aprel planı

Ermənistan polisi və Milli Təhlükəsizlik Xidməti baş nazirin tabeliyinə veriləcək.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Ədliyyə naziri David Arutyunyan söyləyib. O həmçinin baş nazirin tabeliyinə Dövlət Mühafizə Xidməti və Nəzarət Xidmətinin də veriləcəyini bildirib.

Qeyd edək ki, Ermənistan apreldə parlamentli idarəetmə sisteminə keçəcək. Ölkədə prezidentin səlahiyyətləri məhdudlaşdırılacaq, baş nazirin səlahiyyətləri isə artırılacaq. Hazırda gələcək baş nazir vəzifəsində əsas namizəd hazırkı prezident Serj Sərkisyan hesab edilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb