Səttar Möhbalıyev beynəlxalq təşkilatın vitse-prezidenti seçildi - FOTO

16:14 | 16.12.2019
Səttar Möhbalıyev beynəlxalq təşkilatın vitse-prezidenti seçildi - FOTO

Səttar Möhbalıyev beynəlxalq təşkilatın vitse-prezidenti seçildi - FOTO

Belçikanın paytaxtı Brüsseldə  Pan Avropa Regional Şurasının (PARŞ) 4-cü Baş Assambleyası keçirilib.  

Unikal.org xəbər verir ki, Azərbaycanı AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev təmsil edib. Tədbirdə PARŞ-ın 2016-2019-cu illərdəki fəaliyyəti haqqında Hesabat və 2020-2023-cü illər üçün Siyasi sənəd müzakirə edilib.  Pan Avropa Regional Şurasının prezidenti İ. Petriaşvili, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasıının Baş katibi Ş. Barrou, PARŞ-ın Baş katibi L. Visentini forumda giriş nitqi ilə çıxış ediblər.

Tədbir çərçivəsində, Baş Assambleyada Pan Avropa Regional Şurasının yeni rəhbərliyi və tərkibi seçilib. İ. Petriaşvili yenidən Pan Avropa Regional Şurasının prezidenti seçilib. Baş Assambleyada Səttar Möhbalıyev yeni müddətə qurumun vitse-prezidenti seçilib.

Bu münasibətlə PARŞ-ın rəhbərliyinə və üzvlərinə munnətdarlığını bildirən AHİK sədri özünün yenidən bu quruma vitse-prezident seçilməsini bütövlükdə Azərbaycan həmkarlar ittifaqlarının əməyinə verilən yüksək qiymət və etimad kimi dəyərləndirib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb