Şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi ilə bağlı - Yenilik

11:44 | 28.02.2018
Şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi ilə bağlı - Yenilik

Şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi ilə bağlı - Yenilik

Azərbaycan vətəndaşları qeydiyyat yerindən asılı olmayaraq istənilən "ASAN xidmət" mərkəzində şəxsiyyət vəsiqələrini dəyişdirə biləcəklər.

Bu barədə Trend-ə "ASAN xidmət"dən bildiriblər.

Qeyd olunub ki, bu imkan Mingəçevir şəhərində növbəti "ASAN xidmət" mərkəzinin açlışından sonra planlaşdırılıb:

"Məlum olduğu kimi, ötən gün Mingəçevir şəhərində yeni "ASAN xidmət" mərkəzinin açılışı oldu. Mərkəz tam fəaliyyətə başlayandan sonra bu barədə elan edəcəyik. Bu xidmət ilk növbədə rayonlarda yaşayan vətəndaşlarımız üçün aktualdır. Hazırda biz bu məsələ üzərində işləyirik".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb