Şikayətim var:"Sevil Massivi"nin sakinləri tələb edir - ANN.TV

10:36 | 06.02.2015
Şikayətim var:

Şikayətim var:"Sevil Massivi"nin sakinləri tələb edir - ANN.TV

"Sevil" MTK-dan mənzil və torpaq alanların taleyinin qeyri-müəyyən qalması payçıları hərəkətə gətirib və onlar mətbuat konfransı keçiriblər. Payçılar "Sevil" MMC-nin rəhbərliyindən şikayətçidirlər və nağd yolla ödədikləri pul vəsaitlərinin geri qaytarılmasını tələb edirlər.

ANN.Az həmin sakinlərin şikayətini işıqlandırıb.

Xatırladaq ki, 2014-cu ilin iyulun 25-də Baş Prokurorluq "Sevil Massivi" Mənzil-Tikinti Kooperativinin rəhbəri Aynur Zeynalova, kooperativin direktoru Elçin İsmayılov və digərləri haqqında rəsmi məlumat yayaraq onların qanunsuz hərəkətləri haqqında ictimaiyyəti məlumatlandırıb. "Sevil Massivi” MTK-da külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməsindən yayındırılması faktına əsasən Vergilər Nazirliyində başlanmış cinayət işi üzrə istintaq aidiyyəti üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində qaldırılıb.
 
Həmin vaxtdan "Sevil Massivi” MTK-da tikinti və satış işləri dayandırılıb.

Müəllif: Fəridə Alıyeva
Operator: Rasim Əliyev
ANN.Az

 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM