Şimala tərəf: Afurca şəlaləsinə səyahət - FOTOREPORTAJ

16:57 | 09.08.2016
Şimala tərəf: Afurca şəlaləsinə səyahət - FOTOREPORTAJ

Şimala tərəf: Afurca şəlaləsinə səyahət - FOTOREPORTAJ

Rüstəm Qasımov

Azərbaycan özünün unikal təbiətiylə seçilir, respublikada elə bir region yoxdur ki, bənzərsiz məkanları və təbiət hadisələri ilə diqqətləri cəlb eləməsin. Vətənimizin belə gəzməli-görməli, maraqlı məkanlarından biri də Quba rayonudur, bəziləri Qubanı Azərbaycanın "İsveçrəsi" də adlandırırlar və bu da təsadüfi deyil. 

Quba özünün məşhur kəndləri, qəsəbələri ilə tanınır, onlardan biri də "Qırmızı qəsəbə"dir, bu, İsraildən kənarda yerləşən ən kompakt yəhudi yaşayış məskənidir. Xınalıq Azərbaycan ərazisində mövcud olan ən qədim yaşayış məskənlərindən hesab olunur, bəziləri 2100-2200 hündürlükdə, dağlıq ərazidə mövcudluğunu davam etdirən kəndin 5 mindən çox yaşının olduğunu iddia edirlər. Qırız kəndi də unikal yaşayış məskənlərindəndir, burada Azərbaycanın azsaylı etnik qruplarından olan qrızlar yaşayırlar. Qəçrəş yəqin ki, Qubaya səyahət edən hər kəsə tanış gələn addır. Bu kənd məşhur istirahət düşərgələriylə məşhurdur. Qubada Nügədi kəndində göl də mövcuddur. Əlbəttə ki, bunların da hamısı Quba demək deyil, Qubada bir-birindən maraqlı digər gəzməli-görməli məkanlar da var. Və biz bu gün sizinlə unikal yüksək dağlıq məskəni Təngəaltına səyahət edəcəyik, burada məşhur Afurca şəlaləsi axır və beləliklə də kəndi  rayonun ən çox baş çəkilən yerlərindən birinə çevirir. Buraya təkcə yerli turistlər deyil, xarici turistlər də axın edirlər. 

Vəlvələçayda 30 metr hündürlükdən tökülən Afurca şəlaləsi dövlət tərəfindən qorunur. 

Beləliklə, Qubaya, Afurca şəlaləsinə səyahətimiz zamanı çəkilən fotosessiyanı oxucularımıza təqdim edirik. 

Xoş seyrlər: 
 
























www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb