Şimali Koreya dünyanın xəbərdar olmadığı silahlara sahibdir

19:20 | 17.08.2015
Şimali Koreya dünyanın xəbərdar olmadığı silahlara sahibdir

Şimali Koreya dünyanın xəbərdar olmadığı silahlara sahibdir

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Şimali Koreya Milli Müdafiə Komissiyasının nümayəndəsi Cənubi Koreya ilə birgə həyata keçirdiyi hərbi təlimləri dayandırmayacağı halda ABŞ-a hücum edəcəkləri ilə təhdid edib.

Şimali Koreya rəsmisi qeyd edib ki, ölkəsinin ordusu artıq Amerika əsgərlərinə tüfənglərlə müqavimət göstərmək məcburiyyətində qaldığı dövrdəki kimi gücsüz deyil: "Şimali Koreya dünyayanın xəbərdar olmadığı  müdafiə və hücum silahlarına sahibdir”.

Xatırladaq ki, ABŞ və Cənubi Koreya avqustun 17-də birgə hərbi təlimlərə başlayacaq. İki ölkənin hərbi güclərinin iştirakı ilə birgə hərbi təlimlər mütəmadi olaraq keçirilir. Şimali Koreya isə bunu özünə qarşı təhlükə kimi qəbul edir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb