Simeone: "Yaxşı ki, uduzduq"

15:28 | 05.05.2014
Simeone: "Yaxşı ki, uduzduq"

Simeone: "Yaxşı ki, uduzduq"

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone La Liqanın son turunda "Levante"yə uduzduqları oyundan sonra açıqalma verib.

Qol.Az-ın məlumatına görə, argentinalı mütəxəssis məğlubiyyətin komandası üçün xeyirli olacağını deyib:

"Qarşıdan gələn ağır oyunlar öncəsi uduzmağımız yaxşı oldu. Bu məğlubiyyət komandanın motivasiyasını yenidən artıracaq. Görüş ərzində bir neçə yüzfaizli qol imkanımız oldu. Ancaq "Levante"nin qapıçısı inamlı oynadı. Qarşıdan "Malaqa" ilə oyunumuz gəlir. Diqqətimizi bu qarşılaşmaya yönəldəcəyik".

Xatırldaq  ki, bir neçə tur ardıcıl qələbə qazanan "Atletiko" son turda "Levante"yə 0:2 hesabı ilə məğlub olub.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb