Sirlərlə dolu İordaniyaya səyahət – FOTOLAR

15:04 | 24.06.2015
Sirlərlə dolu İordaniyaya səyahət – FOTOLAR

Sirlərlə dolu İordaniyaya səyahət – FOTOLAR

Rüstəm Qasımov

Mədəniyyət, elm, təhsil və maarifçiliyin təbliğatını qarşısına məqsəd qoyan ANN.Az portalı oxucularını dünyanın maraqlı ölkələri və şəhərləri ilə tanış etməkdə davam edir. Portalımızın daimi oxucusu Rayner Şlobomun göndəridyi şəkillər dünyanın ən gözəl və sirli ölkələrindən biri olan İordaniyada çəkilib. 
 


İordaniya yaxın şərqdə yerləşən ərəb ölkəsidir. Ölkə şimalda Suriya, şimal-şərqdə İraq, şərqdə Səudiyyə Ərəbistanı, cənubda İsraillə, qərbdə isə Qərb Sahili ilə sərhəddir. Əhalisinin 95 faizi ərəb olan ölkədə 6.2 milyon insan məskunlaşıb. Əhalinin 35 faizini İordaniya ərəbləri, 55 faizini isə Fələstindən gələnlər təşkil edir. Başqa millətlərə gələndə isə burada adıgeylər ("çərkəzlər”), çeçenlər, ermənilər, türkmənlər, kürdlər və başqaları da yaşayır. 
 


İordaniyanın ərazisinin 90%-ni səhra platosu təşkil edir, ölkənin qərbində dağlar və təpələr var. İordan çayı İsraillə İordaniyanı ayırır. Ölkənin ən hündür zirvəsi Cabal-üm-əd-Damidir (1854 m), ən aşağı dərəcə isə Ölü dənizdir (-427 m). Paytaxt Amman və İrbid və Əz-Zarka İordaniyanın ən böyük şəhərləridir. 
 


İordaniyanın iqlimi quru və istidir, bu da ölkənin əsas hissəsinin səhradan ibarət olmasına görədir. Ölkəyə ən çox yağıntı noyabr-mart ayları arasında düşür. 

İordaniya dünyanın müxtəlif ölkələrindən olan turistləri ən çox özünə cəlb edən ölkələrdən biridir. Bu ölkənin sirliliyi, ən əsası isə tarixi abidələridir turistləri cəlb edən. Qeyd etmək yerinə düşər ki, turizm İordaniya iqtisadiyyatının əsas tərkib hissələrindən biridir. 2010-cu il statistikasına əsasən, həmin il ölkəyə 8 milyon turist gəlib, turizmdən gələn qazanc 3,5 milyard dollar olub, ölkə tibbi turizmdən də 1 milyard dollar qazanc əldə edib. 
 


İordaniyanın tarixi abidələrinə dünyaca məşhur Petra abidəsi (1985-ci ildə UNESCO-nun bəşəriyyətin irsi siyahısına daxil edilib, 7 möcüzədən biri hesab edilir), İordan çayı, Nevo dağı, Madaba, çox sayda orta əsr məscidləri və kilsələri, həmçinin təbiət qoruqları daxildir. 

İordaniya həmçinin Ölü dənizə tibbi turizm təşkil edir. 2009-cu ildə keçirilən sorğu nəticəsində məlum olmuşdu ki, əsasən Körfəz ərəb ölkələrində yaşayanların əksəriyyəti turist kimi məzuniyyəti İordaniyada keçirməyi planlaşdırıb. 
 


İordaniyada qədim, orta və yeni dövrə aid saysız-hesabsız abidələr, müxtəlif nəhəng imperiyaların dövründə salınmış məkanlar insanları özünə cəlb edir. Onların hamısının adını yazmaq isə mümkün deyil. 

ANN.Az bütün oxucularına öz təşəkkürünü bildirir və onları aktiv olmağa, şəkillər və maraqlı anları əks etdirən təsvirlər göndərməyə çağırır. Dünyanın müxtəlif ölkələrində çəkdiyiniz şəkilləri bizə göndərin, biz müəllifin adını qeyd etməklə şəkilləri mütləq yayımlayacağıq! 

Fotoların müəllifi: Rayner Şlobom
 












www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM