"Şah yaylağı": Laza - FOTOLAR

09:26 | 15.07.2015

"Şah yaylağı": Laza - FOTOLAR

ANN.Az-ın fotomüxbirinin kamerasına bu dəfə "tuş" gələn Qusarın məşhur Laza kəndidir.

Bu kənd Qafqaz sıra dağlarının şimal-şərqində, dəniz səviyyəsindən 4242 m hündürlükdə yerləşən Şahdağ yüksəkliyinin "Şah yaylaq" adlanan ətəyində salınıb. 

Kəndin sakinləri adi dağ həyatı yaşayırlar. Əhali ev təsərrüfatı ilə, quşçuluq, iri və xırda buynuzlu heyvandarlıqla məşğul olurlar. Həm də  öz aralarında doğma ləzgi dilində danışmaqla ömür sürürlər. 

Kəndi gözəl mənzərə əhatə edir - qayalıqlardan çoxlu şəlalələr axır, füsunkar təbiət, yaşıllıq, xüsusən də təmiz dağ havası. 

Buraya Azərbaycanın hər yerindən, eləcə də xarici ölkələrdən də istirahət etməyə gələnlər var. Lakin təəssüfedici haldır ki, istirahət zonasında serviz hələ də yüksək səviyyədə deyil. Təbii gözəlliklə insanların davranışı necə deyərlər, tərs mütənasibdir. Misal üçün, gələnlərin daha çox diqqətini cəlb edən şəlalənin ümumi görünüşünü ətrafa yayılan müxtəlif yeyinti tullantıları xələl gətirir, çirkli mənzərə yaradırdı. 

Amma bütün bunlara baxmayaraq, o təmiz havada olmaq və gözəl təbiət qoynunda xeyli vaxt keçirmək yay istirahətinin əsasını təşkil edə bilər. Və hər kəs də istirahət edə-edə yaxın gələcəkdə buraların da daha rahat və kamfortlu olacağını arzu edirdilər.

Fərqanə Novruzova
Fotolar müəllifindir.





























 




























































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb