Bakı-Qazax şossesində mini-zoopark REPORTAJ

14:10 | 08.07.2015
Bakı-Qazax şossesində mini-zoopark – REPORTAJ

Bakı-Qazax şossesində mini-zoopark REPORTAJ

Rüstəm Qasımov

Bakı-Qazax yolu ən uzun şosse yollardan biridir, o, Abşerondan başlayıb, ölkənin ən isti regionlarından biri – Kürdəmirdən keçir və Gəncə-Qazax zonasında başa çatır. Bu nəqliyyat şossesinin keçdiyi Aran bölgəsi əsasən yarımsəhradan ibarətdir. Yay vaxtı bu marşrutu kondisionersiz keçirmək sizin üçün böyük bir imtahan ola bilər. 
 


Ancaq yol boyunca istirahət mərkəzləri və çayxanalar var, bu məkanlarda yayın bürküsündən qurtulub bir stəkan ətirli çay içmək cana məlhəm kimi gəlir. 

İstirahət etmək üçün biz də yol üzərindəki çayxanalardan birində dayandıq. Əgər Bakıya tərəf hərəkət etsəz, o, Hacıqabul rayonuna çatmamış, Pirsaat qəsəbəsində yerləşir. Görünən bu idi ki, bu məkanda digərlərindən fərqli olaraq, daha çox adam – kamaz sürücüləri, şəhərlərarası avtobus sürücüləri və bizim kimi adi səyahətçilər var idi. Sonradan bəlli oldu ki, bu məkanı fərqləndirən başqa bir xüsusiyyət də var. Məkanın rəhbəri müştəri cəlb etmək üçün qeyri-adi metod tapmışdı, çayxana həyətinin içində mini-zoopark açmışdı ki, ziyarətçilər müxtəlif quş və heyvanlara baxa bilsinlər. 
 


Mini-zooparka baxmaq üçün səbr edə bilmirdim, ona görə də fauna növlərinə baxmaq üçün məkan getdim. Heyvanları sevmək lazımdır, onlara qarşı kobud münasibət qəbuledilməzdir, burada onların hansı vəziyyətdə saxlanıldığını öyrənmək istəyirdim. Qeyd etməliyəm ki, bu heyvanxana Bakıdakına, heyvanların əksər vaxt əziyyət çəkdiyi zooparka bənzəmir. Burada heyvanlar doyunca bəslənilir, onların rahatlığı üçün qəfəsləri genişdir, quşlar da yaxşı vəziyyətdə saxlanılırdı. 
 


Ən çox heyrətləndirən məqam quşların çox sayda olması idi. Burada yerli təsərüfatda rast gəldiyimiz quş, məhz toyuq lap çox sayda və növdə idi. Burada toyuq növləri arasında ən gözəllərdən biri tovuz quşu da vardı. Zooparkda həm adi tovuz quşları, həm də albinozlar və qarışıq növlərdən olanlardan var idi. 
Quşlar təkcə qəfəslərdə yaşamırlar, həm də çoxalırlar.
 


Mənim ən sevdiyim növlərdən olan mavi tovuz quşunun həm qəfəsdə, həm də zooparkın ərazisində azad şəkildə gəzdiyini görmək mümkün idi. 
 


Birbaşa vedrədən qidalanan göyərçin adam görəndə heç qorxmadı və mən rahat şəkildə onun şəklini çəkə bildim. 
 


Sahibkar ziyarətçilərin qırqovulları problemsiz görməsinə də şərait yaratmışdı. Erkək qırqovullar dişilərdən daha gözəl olurlar, onların lələkləri daha parlaq və rəngarəng olur. 
 


Hündürdə gəzməyi xoşlayanlara burada əla şərait var idi. Məsələn, istəyənlər dəvəyə, səhra gəmisinə minib ərazidə gəzə bilərdilər.
 

 

 

 
Uşaqlar isə dinc ponilərə minib həyətdə gəzişə bilərlər. 
 


Ziyarətçilərin ən xoşuna gələn şeylərdən biri də zooparkın həyətindəki süni hovuz idi.
 

 
Gölün üzərində lövhələrlə örtülü körpü var, onun üzərində gəzəndə biraz silkələnir. Bu, sizin gəzintinizə biraz adrenalin qatır. 
 


Körpünün üstündə isə su canlılarını yemləmək üçün çörək olan xüsusi qab asılıb. Su canlılarını özləri yedirə bildiklərinə görə, uşaqlar sevinc içindəydilər. Bu, heyvanlarla insanlar arasında ünsiyyətin qurulması baxımından çox gözəl bir üsuldur. Dünyada belə təcrübədən lap çoxdan istifadə edilir. Məsələn, Almaniya forel təsərüffatlarında siz 15 dəqiqə əvvəl gözünüz qarşısında tutulan balığı yeyə bilərsiniz, həmçinin burada ziyarətçilərin balıqları yemləməsinə icazə verilir. Yemi götürmək üçün apparata qəpik atmaq lazımdır. Bu, uşaqlar üçün xüsusilə böyük əyləncədir, onlar belə yerə aparmaları üçün valideynlərə tez-tez müraciət edirlər. Ona görə də, buna bənzər yerin Azərbaycanda da olduğunu görmək çox xoş idi. 
 


Günəşin qızmar şülarından qorunmaq üçün zooparkın həyətində quşlar üçün xüsusi evciklər yaradılıb. 
 


Zooparkda göldə məlahətlə üzən qara durnalar da ziyarətçilərin sevimliləri arasındadır. 
 


Durnalardan başqa, göldə qu quşları və ördəklər də üzür, onlar daim hərəkətdədirlər və yemək üçün özlərini ora-bura vururlar. 
 


Quşları yemlədikdən sonra biz körpünün digər tərəfinə keçdik, burada dırnaqlı heyvanların və başqa növ quşların saxlanıldığı volyerlər vardı. Məsələn, mən burada ilk dəfə albinoz dəvəquşu gördüm. 
 


Qonşuluqdakı saman döşənmiş geniş volyerdə ceyran ailəsi yaşayır. 
 


Diqqətimi cəlb edən təzə, yaş otun üzərində oturub anasının yemək yeməsinə baxan ceyran balası oldu, o, insanlardan qorxmurdu. 
 


Digər volyerdə isə ev keçiləri saxlanılır, onların erkəklərinin buynuzları kifayət qədər böyük olur. 
 


Ziyarətçilərin ən bəyəndiyi və heyrətinə səbəb olan isə  balaca meymun idi. 

Qəfəsin qabağındakı sıxlıq insanların bu heyvana marağının böyük olduğunu göstərirdi. 
 


Heyvan öz də saxlanıldığı şəraitdən məmnun görünürdü, o sağlam və dəcəl idi, qəfəsinin içində bir dəqiqə hərəkətsiz dayanmırdı, bu da qəfəs ətrafında yığışanların marağına səbəb olurdu. 
 


Heyvan və quşlardan başqa, mənim heytələnməyimə səbəb olan şey qiymətlə bağlı oldu. Məsələn, yekə qabdakı mürəbbəylə və limonla bir çaynik çay cəmi 4 manata idi. Razılaşın ki, münasib qiymətdir və inanmaq olmur ki, bu həqiqətdir. Bax respublikamızın hüdudlarında bizim diqqətimizdək kənarda qalan belə maraqlı məkanlar var. 
 



















www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb