“Siyasətdən kənar” Azərbaycan rəssamlığının şedevrləri – REPORTAJ

19:10 | 25.04.2016
“Siyasətdən kənar” Azərbaycan rəssamlığının şedevrləri – REPORTAJ

“Siyasətdən kənar” Azərbaycan rəssamlığının şedevrləri – REPORTAJ

Rüstəm Qasımov

Bugünlərdə Mədəniyyət və Turizm nazirliyinin tabeliyindəki Muzey mərkəzində "Siyasətdən kənar” adlı müasir incəsənət sərgisinin təntənəli açılış mərasimi keçirildi. 

Sərginin əsas məqsədi VII BMT Sivilizasiyaları Alyansı Qlobal forumunun qonaqlarına, siyasi liderlərə, beynəlxalq və regional təşkilatların nümayəndələrinə Azərbaycan mədəniyyətini nümayiş etdirmək idi. 

Tədbirdə BMT Sivizilaziyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz, Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, Azərbaycanın xalq artisti Fərhad Xəlilov, Rəssamlıq Akademiyasının rektoru, xalq artisti Ömər Eldarov və başqaları iştirak edirdilər. 

Sərginin açılış mərasimində çıxış edən Əbülfəz Qarayev Bakıda 25-27 aprel tarixlərində keçirilən BMT Sivilizayilar Alyansının işinin vacibliyini vurğulayaraq qeyd etdi ki, bu tədbir beynəlxalq aləmdə ümumi dialoqun tapılması və yeni əməkdaşlıq sazişlərinin və əməkdaşlıqların qurulması baxımından çox əhəmiyyətlidir. 

Sonra Əbülfəz Qarayev Nasir Əbdüləziz əl-Nasiri Azərbaycan Respublikasının ən ali dövlət mükafatlarından biri "Dostluq” ordeni ilə təltif olunması münasibətiylə təbrik etdi.
 
Nasir Əbdüləziz isə öz növbəsində Azərbaycanın dialoq və tolerantlıq məsələsində tutduğu mövqeyin əhəmiyyətini vurğuladı:

"Azərbaycan hər zaman özünün dialoq və tolerantlıq ənənələrinə, beynəlxaq mədəniyyətə inteqrasiya məsələsinə sadiq qalıb. Mədəni müxtəliflik sənət yoluyla daha geniş yayılır. Bu sərgi bunun əsas göstəricilərindən biridir. Müxtəliflik, azad düşüncə propoqandası, dostluq, tolerantlıq, qarşılıqlı anlayış, qarşılıqlı hörmət – bunlar hamısı bizim BMT-dəki işimizin məğzidir. İncəsənət də sülhün çiçəklənməsi və qarşılıqlı anlayış üçün əsas vasitədir”. 

Sərgidə nümayiş etdirilən zəngin ekspozisiyanın sayəsində qonaqlar Azərbaycan incəsənətinin həqiqi şedevrləri ilə tanış olmaq fürsəti qazandılar. Sərgidə Səttar Bəhlulzadə, Tahir Salahov, Toğrul Nərimanbəyov, Böyükağa Mirzəzadə, Cavad Mircavadov, Geyura Yanus, Ənvər Əskərov, Fərhad Xəlilov, Yelena Haqverdiyeva, Nadir Əbdürahmanov kimi görkəmli Azərbaycan rəssamlarının əsərləri nümayiş etdirilib. 

Sərgiyə baş çəkmək fürsəti olmayanlar, tələssələr yaxşıdır, sərgi 28 Aprelə qədər davam edəcək. Giriş sərbəstdir. 

Elmi, mədəniyyəti, təhsil və maarifi təbliğ edən ANN.Az xəbər portalı  paytaxtımızda baş tutan mədəniyyət hadisələrini diqqətdən kənarda qalmır. Bu dəfə oxucularımıza "Siyasətdən kənar” sərgisindən fotoları təqdim edirik. 

Xoş seyrlər: 
 


































































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM