Skif zinətlərinə görə Rusiya-Ukrayna qarşıdurması

20:45 | 10.09.2014
Skif zinətlərinə görə Rusiya-Ukrayna qarşıdurması

Skif zinətlərinə görə Rusiya-Ukrayna qarşıdurması

ANN.Az-ın verdiyi xəbərə görə. 2014-cü ilin fevral ayında Amsterdamın Allard Pierson muzeyində (Amsterdam Universitetinin arxeoloji muzeyində) Skif və onların müasirlərinin mədəniyyətini əks etdirən “Krım: Qara dənizin qızıl sirləri” adlı sərgi keçirilib. Sərgidə əsasən Baxçasaray, Kerç, Sevastopol və digər Krım şəhərlərində arxeoloji qazıntılar zamanı tapılan qızıl və zinət əşyaları nümayiş olunub. 

Krımın Rusiya tərəfindən işğalından sonra həmin mədəniyyət nümunələrinin taleyi ilə bağlı suallar ortaya çıxıb. Belə ki, Krımı işğal edərək özünə birləşdirən Rusiya, eyni zamanda Ukrayna mədəniyyət nümunələrinin sahiblənməsi uğrunda mübarizəyə başlayıblar. 

 ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM