Skolari: “Braziliya xalqından üzr istəyirəm”

11:25 | 09.07.2014
Skolari: “Braziliya xalqından üzr istəyirəm”

Skolari: “Braziliya xalqından üzr istəyirəm”

"Qeydə alınan bu nəticəyə görə kim məsuliyyət daşıyır? Əlbəttə ki, mən. Bu biabırçı məğlubiyyətdə hamımızın günahı ola bilər. Ancaq komandaya taktikanı verən, qərarları qəbul edən mənəm”.

Qol.Az-ın məlumatına görə, bu sözləri Braziliya millsinin baş məşqçisi Luis Felipe Skolari Almaniyaya rüsvayçı məğlubiyyətdən (1:7) sonra FİFA-nın rəsmi saytına açıqlamasında deyib.

Ağır məğlubiyyətdə bütün məsuliyyəti üzərinə götürən təcrübəli mütəxəssis nəticəyə görə Braziliya xalqından üzr istəyib: “Biz çox cəhd etdik, amma böyük bir alman komandası ilə qarşılaşdıq. Hətta təssəvvür edə bilmirəm, necə oldu ki, bu hesabla uduzduq? Deməli, Almaniya millisi bu qələbəyə layiq imiş. Bu nəticəyə görə Braziliya xalqından üzr istəyirəm. Üzülürəm ki, finala çıxa bilmədik. Ancaq üçüncü yer uğrunda mübarizəmiz davam edir”. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM