Sneyder "Qalatasaray"dan gedir?

12:02 | 20.11.2014
Sneyder "Qalatasaray"dan gedir?

Sneyder "Qalatasaray"dan gedir?

"Qalatasaray"ın italyan məşqçisi ölkəsində mətbuata əhəmiyyətli açıqlamalar verib.ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, baş məşqçi Cesare Prandelli italyan mətbuatına maliyyə çətinliyi olan bir dövrdən keçdiklərini deyərək, Uesli Sneyderin komandada qalacağını açıqlayıb:""Qalatasarayda qalmağa qərar verdim, çünki klubun vəziyyətini mənə izah etdilər. Doğru bir qərar verdiyimi düşünürəm. Çox pulumuz yoxdur. Onsuz da Fair Playin maliyyə qaydalarına da əməl etmək məcburiyyətindəyik. Bu səbəblə mövcud heyətlə yola davam edəcəyik. Sneyderin klubdan ayrılacağı istiqamətindəki iddialar doğru deyil. Möcüzəli bir oyunçudur. Bu tip söz-söhbətlərin olması da normaldır".ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM