Sneyderdən "Qalatasaray"a şok tələb!

19:26 | 14.10.2014
Sneyderdən "Qalatasaray"a şok tələb!

Sneyderdən "Qalatasaray"a şok tələb!

"Qalatasaray"dan pulunu ala bilməyən Uesli Sneyderə klubun 15 gün ərzində 1.2 milyon avro ödəməsi lazımdır. Ulduz futbolçu illik gəlirinin 3.2 milyondan 5 milyona, hər oyuna görə verilən pulun 500 min avrodan 750 min avroya qaldırılmasını tələb edir.

ANN.Az-ın Türkiyə mediyasına istinadən xəbərinə görə, "Qalatasaray"da Uesli Sneyder krizisi böyüməkdə davam edir. 1.2 milyon pulunu 45 gündür ki, ala bilməyən, UEFA-ya futbolçuların borcunun olmaması ilə bağlı göndərilən sənədə imza atmayan Sneyderlə bağlı maraqlı faktlar ortaya çıxıb. 

Dünya Çempionatında gözəl oyun sərgiləyən 30 yaşlı futbolçu "Qalatasaray"la 2016-cı ildə bitəcək müqaviləsini 2019-cu ilə qədər artırmaq niyyətindədir.

Təcrübəli futbolçunun il ərzində qazandığı pul təxminən 4.8 milyon avrodur. Yeni şərtlərlə isə futbolçu ilinə 5 milyon 750 min avro qazanmalıdır. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb