SOCAR iyul ayında 8 min metrdən çox qazma işi aparıb

16:25 | 02.08.2016
SOCAR iyul ayında 8 min metrdən çox qazma işi aparıb

SOCAR iyul ayında 8 min metrdən çox qazma işi aparıb

2016-cı ilin iyul ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 8401 metr qazma işi həyata keçirilib.

ANN.Az SOCAR-a istinadən xəbər verir ki, bu sahədə görülmüş işlərin hamısı istismara aid olub.

Ümumiyyətlə, 2016-cı ilin yanvar-iyul aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 61681 metr qazma işi görülüb ki, bunun da 60464 metri istismara, 1217 metri isə kəşfiyyata aid olub. 

Bundan əlavə, iyul ayı ərzində qazmadan alınmış 9, ilin əvvəlindən isə 35 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib. 



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb