SOCAR nümayəndəsi: "Aktiv işlərə, layihələrə pulların xərclənməsi hələlik dayandırılıb"

15:47 | 11.05.2016
SOCAR nümayəndəsi:

SOCAR nümayəndəsi: "Aktiv işlərə, layihələrə pulların xərclənməsi hələlik dayandırılıb"

"Aktiv işlərə, layihələrə pulların xərclənməsi hələlik dayandırılıb" - bunu jurnalistlərə açıqlamasında Dövlət Neft Şirkətinin (SOCAR) Strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov deyib. 

ANN.Az xəbər verir ki, bu gün "Grand Hotel Europe"da "Caspian European Club" (Сaspian Business Club) çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanovun iştirakı ilə biznes-forum keçirilib.
 
Vitse-prezidentin sözlərinə görə, Neft-qaz emalı və neft-kimya kompleksi (OGPC) layihəsinə görə, Yaponiyanın "Mitsui" və Çinin HQC şirkətləri ilə danışıqlar aparılır: "Bu layihə haqqında danışarkən qeyd etmək istərdim ki, təqribən bir il əvvəl "Röyters" agentliyinə verdiyim müsahibədə də bildirmişdim, aktiv işlərə hansısa iri layihələrə pulların xərclənməsi və.s hələlik dayandırılıb. Ona görə ki, biz bu layihəyə investor axtarırıq, biz həmin partnyorla bir yerdə birgə müəssisə yaratmaq və beləliklə, kompleks şəkildə bu layihəni bütöv həyata keçirmək istəyirik".

 Orxan Aslanlı
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM