Son 3 gündə Azərbaycanın bu rayonunda koronavirusa yoluxma qeydə alınmayıb

11:40 | 21.08.2020
Son 3 gündə Azərbaycanın bu rayonunda koronavirusa yoluxma qeydə alınmayıb

Son 3 gündə Azərbaycanın bu rayonunda koronavirusa yoluxma qeydə alınmayıb

Son 3 gün ərzində Cəlilabad rayonu ərazisində koronavirus (COVID-19) infeksiyasına yoluxma halı qeydə alınmayıb.

Bu barədə anews.az-a rayonun tibb müəssisəsindən məlumat daxil olub.

Əlavə edilir ki, avqustun 17, 18 və 19-da rayon ərazisində COVID-19-a yoluxma halının müəyyənləşdirilməsi üçün götürülən test analizlərinin nəticəsi neqativ çıxıb və bununla da, rayonda yoluxma halı aşkar edilməyib.

Bildirilir ki, Cəlilabad daha əvvəl koronavirusa kütləvi yoluxma hallarının qeydə alındığı ərazilərdən biri olub. Bir müddət əvvəl rayonun 5 kəndində (Həziabad, Bəcrəvan, Ağdaş, Komanlı və Şıxlar) koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının artım dinamikası müşahidə olunub. Həmin ərazilər arasında ən çox yoluxma hallarının rayonun Ağdaş kəndində olduğu bildirilib. Bundan sonra koronavirusa yoluxma hallarının daha çox qeydə alındığı kəndlərdə polis nəzarəti gücləndirilib. Eyni zamanda, sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar şəhər ərazisində kütləvi dezinfeksiya işləri aparılıb.

Qeyd edilir ki, Cəlilabad şəhəri sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonların sırasındadır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb