"Son zəng" günü şagirdlər arasında dava

10:57 | 14.06.2018

"Son zəng" günü şagirdlər arasında dava

Qobustanda şagirdlər arasında mübahisə olub, 10-cu sinif şagirdi bıçaqlanıb.

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə 1 saylı şəhər orta məktəbinin şagirdləri arasında baş verib.

Belə ki, həmin məktəbin 11-ci sinif şagirdi, Qobustan şəhər sakini, Rauf Təhmiraz oğlu Ağaquliyev məktəbin yaxınlığında 10-cu sini şagirdi, Vüsal Təbiət oğlu Şəhriyarovla aralarında mübahisə yaranıb. Mübahisə zəmnində R.Ağaquliyev üstündə saxladığı bıçaqla V.Şəhriyarorova 4 bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb. O, polis əməkdaşları tərəfindən axtarılır. 

Yaralı Qobustan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM