Sosiskanın içində qurd olubmu? - rəsmi analiz cavabı

17:17 | 10.04.2014
Sosiskanın içində qurd olubmu? - rəsmi analiz cavabı

Sosiskanın içində qurd olubmu? - rəsmi analiz cavabı

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi “Səhliyalı” kiçik müəssisəsinin istehsalı olan sosiskanın içərisində qurd tapılması barədə yayılan xəbəri araşdırıb.APA-nın verdiyi məlumata görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyib ki, sosial şəbəkələrdə yayılan məlumatlarda ANS-in müxbiri Azər Məmmədov evində “Səhliyalı” kiçik müəssisəsinin istehsalı olan kolbasada qurd tapıldığını bildirib. F.Talıblı deyib ki, A.Məmmədov Dövlət Komitəsinə dəvət edilib və həmin sosiskalar laboratoriyada analiz edilib. Bu zaman üzərində “Səhliyalı” müəssisəsinin nişanı olan sosiska ilə içərisində qurd tapıldığı iddia edilən sosiskanın tamam fərqli tərkibdə olduğu üzə çıxıb: “Birincisi, qurd tapıldığı elan olunan sosiskaların ölçüləri qaynanmamış sosiskadan kiçik idi. Ancaq qaynayan sosiska böyüməlidir. İkincisi, qurd tapıldığı bildirilən sosiska ilə “Səhliyalı” müəssisəsinin nişanı olan sosiskanın tərkibi tam müxtəlif oldu. Üzərində “Səhliyalı” müəssisəsinin nişanı olan sosiskanın tərkibində nişasta daha az çıxdı. Digər tərəfdən, həmin sosiskanın içərisindən çıxan qurd deyil, qara kağız parçasıdır. Kağız parçasını sosiskanın içərisinə yalnız əllə qoymaq olar, “Səhliyalı” müəssisəsində isə istehsal avtomatlaşdırılıb. Bu müəssisənin məhsullarında kağız parçasının ora düşməsi mümkün deyil. Biz laboratoriya analizlərini təqdim etdik. “Səhliyalı” müəssisəsi faktın araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edə bilər”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb